AZ

Ayfon-17-ni Bakıya gətirmək üçün görün nə etdi…

Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd Ayfon-17, 4 ədəd Ayfon-16, 15 ədəd “Əpl” markalı qələm, 8 ədəd “Əpl” markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
9
axar.az

10Mənbələr