AZ

Yabanı halda bitmiş 7 tona yaxın çətənə kolu məhv edilib

Yabanı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 24-də ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə götürülüb. Həmçinin yabanı halda bitmiş 6,9 tondan artıq çəkidə 2 min 875 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Seçilən
5
10
1news.az

10Mənbələr