AZ

Hava limanında xaos:  İki təyyarə toqquşub

Müstəntiqlər Moskvanın “Şeremetyevo” hava limanında bir təyyarənin dayanacaq yerinə yaxınlaşarkən qanadı ilə digər təyyarəyə çırpıldığı insidenti araşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsinin Teleqram kanalında məlumat verilib.

“2025-ci il sentyabrın 24-də axşam saatlarında “Airbus” təyyarəsi hava limanında dayanacaq sahəsinə yaxınlaşarkən göyərtəsində 100 sərnişin olan digər “Sukhoi Superjet” təyyarəsi ilə toqquşub. İlkin məlumatlara görə, birinci təyyarənin sağ qanadının ucu ikinci təyyarənin sükanını zədələyib”, – idarədən bildirilib.

Seçilən
6
veteninfo.az

1Mənbələr