BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şəra ilə görüşüb.
News365.az xəbər verir ki, Suriya dövlət informasiya agentliyi SANA görüş barədə məlumat yayıb və iki foto dərc edib.
Şəkillərdə Tramp və Əş-Şəranın ABŞ-ın birinci xanım Melaniya Trampın iştirakı ilə əl sıxışır.
Agentlik əlavə detalları açıqlamayıb.
Qeyd edək ki, bu, iki liderin ikinci görüşüdür. Onlar bundan əvvəl may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıblar.
Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə Tramp və Əş-Şəra ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.