AZ

Almaniya HDQ F127 freqatlarının sayını artırmağı planlaşdırır

Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) satın almaq istədiyi F127 freqatlarının sayını artırmağı planlaşdırır.

“Poliqon” “Hartpunkt” nəşrinə istinadən xəbər verir ki, əvvəlki plan 5+1 gəmi almaq olsa da, indi bu rəqəm 8-ə yüksəlib.

Bildirilib ki, bu, “Politico” jurnalı tərəfindən yayımlanan rəqəmlərlə də uyğun gəlir. Jurnala görə, gələn ilin iyun ayında Almaniya parlamentinin Büdcə Komitəsinə təqdim olunacaq layihədə yeni hava hücumundan müdafiə (HHM) imkanları üçün təxminən 26 milyard avro məbləğin ayrılması nəzərdə tutulub.

Bu çərçivədə alınacaq freqatlar hava müdafiəsi üçün optimallaşdırılacaq və ilk dəfə Almaniya HDQ-də ballistik raketlərin qarşısını alma qabiliyyətinə malik gəmilər olacaq.

Sözügedən freqatlar TKMS və “Naval Vessels Lürssen” (NVL) şirkətləri tərəfindən inşa ediləcək. Onların inşasında TKMS tərəfindən hazırlanmış MEKO A-400 AMD dizaynı istifadə olunacaq.

Seçilən
11
poliqon.az

1Mənbələr