AZ

"Formula-1" üzrə Azərbaycan Qran-prisi ABŞ-də rekord tamaşaçı auditoriyası topladı

Builki "Formula-1" üzrə Azərbaycan Qran-prisi ABŞ-də bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat yayıb.

"Formula-1"in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.

Bazar günü keçirilən əsas yarışın canlı yayımı, demək olar ki, 1.1 milyon tamaşaçı toplayıb - bu, Azərbaycan Qran-prisi üzrə ABŞ televiziya tarixində ən yüksək göstəricisidir. Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarında start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.

Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında "Formula-1" yarışlarının televiziya auditoriyası orta hesabla 1.4 milyon nəfər təşkil edir. Bu da ABŞ-də "Formula-1" yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1.21 milyon tamaşaçı olmuşdu.

Xatırladaq ki, sonuncu Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutub. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub.

Seçilən
14
10
avtosfer.az

10Mənbələr