AZ

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb. O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

"Cebheinfo.az" 

Seçilən
4
8
cebheinfo.az

10Mənbələr