AZ

Kamal Umudlu AÇ-dən əvvəl UEFA Gənclər Liqasına yollanacaq

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Kamal Umudlu Gənclər Liqasının ardından 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə yollanacaq. O, 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Bu qrupun görüşləri Belçikada keçiriləcək.

Seçilən
4
8
fanat.az

10Mənbələr