AZ

Baş nazirin müavini Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib

Carı ilin sentyabr ayının 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib.

Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti limana baxış keçirmiş və onun infrastrukturu ilə tanış olmuşdur. İranın Yol və Şəhərsalma nazirinin müavini Səid Rəsuli liman haqqında geniş təqdimat vermiş və onun fəaliyyəti haqqında ətraflı məlumat təqdim etmişdir. Görüş zamanı mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Bəndər Abbas şəhərinə səfər zamanı Baş nazirin müavini Şahin Mustafayev ilə Hormuzqan Əyalətinin valisi Məhəmməd Aşouri Taziani arasında görüş keçirilmiş və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
11
25
day.az

10Mənbələr