AZ

Müğənnilər Spotify dan mahnılarını silirlər

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Bir çox xarici sənətçilər "Spotify"dan treklərini silməyə başlayıblar.

AZXEBER.COM xarixi mətbuata istinadən xəbər verir ki, buna səbəb platformanın yeni siyasəti olub.

Belə ki, xidmət indi süni intellektin yaratdığı musiqini qəbul edir, hətta bu cür treklərin rəsmi pleylistlərdə təbliğini də aparır.

Musiqiçilər iddia edirlər ki, süni intellektlə yaradılan treklər xidmətdə qarışıqlıq yaradır və onların gəlirlərini azaldır, çünki qonorar bütün treklər arasında bölüşdürülür.

"Spotify" hələ də treklərin kütləvi şəkildə silinməsinə münasibət bildirməyib, lakin süni intellektin musiqi sənayesindəki yeri ilə bağlı müzakirələr getdikcə güclənir.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azxeber.com

1Mənbələr