AZ

Qorxu: Netanyahu Nyu Yorka “dünyanı fırlanaraq” getdi

İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka uçuşu zamanı istifadə olunan marşrut bir çox ölkənin hava məkanından yan keçib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Məlumata görə, Netanyahunun ABŞ-a uçuşu zamanı yalnız İtaliya və Yunanıstanın hava məkanından istifadə olunub.

“Flight Tracker” platformasında görünən marşrut normaldan daha uzun olsa da, çox sayda ölkənin hava sahəsindən yayınmaq məqsədi daşıdığı ehtimal olunur.

Qeyd olunub ki, bu addımın səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə dair verdiyi order ola bilər.

Seçilən
7
2
axar.az

3Mənbələr