AZ

Ukrayna ordusu Kurskda AES-i vurdu

BAKI, 25 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına (AES) hücum etmək üçün PUA-dan istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernator Aleksandr Xinşteyn məlumat verib.

“Bu gün Ukraynaya məxsus pilotsuz uçan aparat Kurçatov şəhərindəki Kursk Atom Elektrik Stansiyasına hücuma cəhd edib. İtki yoxdur. Kursk Atom Elektrik Stansiyası normal rejimdə işləməyə davam edir”, - o bildirib.

Xinşteynin sözlərinə görə, PUA stansiyanın ərazisindəki obyektlərdən birinə düşüb.

“Nəticədə PUA tikilməkdə olan stansiyanın yerindəki binalardan birinə çırpılıb. Bina qəlpələrdən zədələnib, amma yanğın təhlükəsi yoxdur”.

Seçilən
14
teleqraf.com

1Mənbələr