Müəllif: Gülnar Əhmədli, Banco.az
Qətərdən fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 8 milyon 395 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 62,7% (3 milyon 234 min dollar) çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 5 milyon 161 min dollara bərabər olub.
Qeyd edək ki, birinci yarımildə Qətərdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1.6% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!