Məlum olduğu kimi, 2015-ci il noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan etmişdir və 2025-ci ildə bütün dünyada bu əlamətdar günün elan olunmasının 10 illiyi qeyd edilir.“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünün və Azərbaycan Mətbuatının 150 illik yubileyinin qeyd olunmasını nəzərə alaraq, Beynəlxalq İnformasiya Əldə Etmək Günü ərəfəsində Ombudsman Aparatı tərəfindən media subyektləri və jurnalistlər üçün informasiya əldə etmək hüququ ilə bağlı yeni “Media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququ” adlı maarifləndirici buklet hazırlanmışdır.Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş informasiya əldə etmək hüququnun təmini media subyektlərin və jurnalistlərin fəaliyyətində böyük əhəmiyyət kəsb edir. Buklet media nümayəndələri tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını dərindən öyrənilməsi, informasiya əldə etmək hüququnun həyata keçirilməsi, bu sahədə hüquqi biliklərinin artırılması, informasiya sahibləri və media nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.Bukletdə informasiya əldə etmək hüququ, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, Ombudsman tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri və müvafiq protokol tərtib etmək səlahiyyətlərinə dair məlumatlar öz əksini tapmışdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta