AZ

Ayaqüstə su içənlərə XƏBƏRDARLIQ

“Ayaqüstə su içənlər üçün xəbərdarlıq”

Son dövrlər sosial mediada “ayaqüstə su içmək böyrəklərə zərər verir” və ya “orqanları sıradan çıxarır” kimi iddialar yayılıb. Bu paylaşımlar geniş müzakirə doğurub.

Mütəxəssislər bildirirlər ki, bu iddiaların elmi əsası yoxdur. Böyrəklərin vəzifəsi suyu süzmək və orqanizmin maye balansını qorumaqdır. Su ayaqüstə və ya oturaraq içildikdə bu funksiya dəyişmir.

Lakin mədə və bağırsaq həssaslığı olan şəxslərdə ayaqüstə tez su içmək şişkinlik, yanma və həzmsizlik yarada bilər. Mütəxəssislər belə insanlara suyu yavaş və kiçik qurtumlarla, oturaraq içməyi tövsiyə edirlər.

Ən önəmlisi – gün ərzində kifayət qədər və müntəzəm su içməkdir.

Seçilən
11
news365.az

1Mənbələr