AZ

İrəvan “hə” dedi, Rusiya sevindi: Bakı və Ankaranı narahat edən qərar

Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisi məsələsi gündəmə gətirilib. Layihənin detallarının nəzərdən keçirildiyi bildirilir.

Maraqlıdır ki, Ermənistanda hazırda fəaliyyətdə olan Metsamor AES də var, lakin əslində istismara yararsızdır. Azərbaycan və Türkiyə bu müəssisənin region üçün təhlükə yaratdığına dair dəfələrlə beynəlxalq təşkilatlara çağırış edib.

Ermənistanın yeni AES tikmək planlarının məqsədi nədir? Bu layihənin reallaşması region ölkələri üçün nə kimi nəticələr doğura bilər?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası (AES) faktiki olaraq yalnız bu ölkə deyil, bütün Cənubi Qafqaz regionu və ətrafdakı dövlətlər üçün ciddi təhlükə mənbəyinə çevrilib:

“Obyektin istismar müddəti artıq çoxdan başa çatıb. Buna baxmayaraq Ermənistan və Rusiya stansiyanın fəaliyyət müddətini süni şəkildə uzatmaqdadır. Mövcud vəziyyət Metsamor AES-in region üçün potensial nüvə bombası rolunu oynamasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, bu stansiyaya ümumi nəzarət Rusiyaya məxsusdur.

Hazırda Ermənistan yeni bir atom elektrik stansiyası inşa etmək niyyətindədir. Bu isə Cənubi Qafqazda təhlükə risklərini daha da artırır. Ermənistan kimi kiçik iqtisadi potensiala malik olan və texniki imkanları məhdud bir dövlət üçün belə bir obyektin təhlükəsiz şəkildə idarə edilməsi çox çətindir, həmçinin potensial fəlakət risklərini qaçılmaz edir”.

elcin
Elçin Xalidbəyli

Politoloqun sözlərinə görə, yeni AES-in tikintisini Ermənistan özü deyil, başqa bir dövlət həyata keçirəcək:

“Bu baxımdan, əsas namizəd kimi Rusiya ön plana çıxır. Qeyd edək ki, Metsamor AES də vaxtilə Sovet İttifaqı dövründə tikilmişdi. Beləliklə, müstəqil Ermənistanın yeni AES inşa etməsi həm texniki, həm də siyasi baxımdan olduqca mübahisəli və təhlükəli addımdır.

Bəzi mənbələrə görə, stansiyanın tikintisində ABŞ-ın da iştirak edəcəyi ehtimal olunur. Bu isə Rusiya və ABŞ arasında Cənubi Qafqaz uğrunda gedən geosiyasi rəqabətin bir parçası kimi qiymətləndirilə bilər. Məqsəd Ermənistanın enerji sisteminə nəzarəti Moskvanın əlindən almaqdır.

Hazırda bu sistemə Rusiyanın adından nəzarət edən erməni əsilli oliqarx Samvel Karapetyan həbs olunub. Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti Karapetyanın nəzarətində olan enerji sektoruna nəzarəti ələ keçirmək və sistemi milliləşdirmək istiqamətində addımlar atır”.

Seçilən
4
2
turkustan.az

3Mənbələr