Rusiya Müdafiə Nazirliyi ilin əvvəlindən Ukraynanın 205 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirdiyini bəyan edib.
Bu barədə nazirliyə istinadən məlumat verib.
Bəyanatda deyilir ki, həmin ərazilər yanvarın 1-dən sentyabrın 25-nə qədər olan dövrdə Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçib.
Həmçinin, iddia edilir ki, Rusiya ordusu ümumilikdə Ukraynanın Donetsk, Luqansk, Xarkov, Zaporojye, Sumı, Dnepropetrovsk vilayətlərində 4714 kv.km ərazini nəzarətə götürüb.
"Cebheinfo.az"