AZ

UEFA İsrailin üzvlüyünü dayandıra bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsrail Futbol Federasiyasının üzvlüyünün dayandırılması ilə bağlı səsvermə keçirməyə hazırlaşır.

Editor.az xəbər verir ki, bu barədə AP agentliyi məsələ ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, qərar yaxın günlərdə UEFA üzv assosiasiyaları arasında keçiriləcək səsvermə nəticəsində müəyyən ediləcək. Təklifin qəbul olunacağı təqdirdə, İsrail milli komandası və klubları qurumun bayrağı altında təşkil olunan bütün turnirlərdə iştirak hüququndan məhrum edilə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr