AZ

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri üçün növbəti master-klas keçirilib (FOTO)

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 sentyabr2025-ci il tarixində Medianın İnkişafı Agentliyi, Məhkəmə HüquqŞurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı iləjurnalistika fakültəsinin tələbələri üçün “AzərbaycanRespublikasının Konstitusiyası insan haqlarının qorunmasınınetibarlı təminatçısıdır” mövzusunda master-klas təşkil olunub.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumatverilib.

Bildirilib ki, tədbirdə çıxış edən Medianın İnkişafıAgentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki,“Konstitusiya və Suverenlik İli” çərçivəsində Agentlik tərəfindəngənclər arasında maarifləndirici təşəbbüslərə xüsusi önəm verilir.O bildirib ki, tələbələr üçün keçirilən seminarlar, təlimlər vəmüxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarınınqorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətəçatdırılması istiqamətində vacib rol oynayır.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü, BDU-nunJurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək bildiribki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamandadövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratikcəmiyyət quruculuğunun əsasını təşkil edir. O qeyd edib ki,“Konstitusiya və Suverenlik İli” çərçivəsində belə master-klaslarıntəşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusiondəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıqməsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Daha sonra mühazirə ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsininhakimi Xəyalə Cəmilova isə öz çıxışında Konstitusiyanın qəbuledilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlininformalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb. Obildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elanolunması isə sözügedən dəyərlərin gənc nəsil arasında təbliği vəhüquqi maarifləndirmənin gücləndirilməsi baxımından xüsusiəhəmiyyət daşıyır.

Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb,insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqiyanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.

“Konstitusiya
“Konstitusiya
“Konstitusiya
“Konstitusiya
“Konstitusiya
“Konstitusiya
Seçilən
23
9
az.trend.az

10Mənbələr