AZ

Mourinyo cəzalandırılacaq?

"Benfika"nın baş məşqçisi Joze Mourinyo hakimlər barədə açıqlamalarına görə liqanın intizam komitəsindən cəza ala bilər.

Publika.az xəbər verir ki, məşhur portuqaliyalı mütəxəssis sentyabr 23-ə keçirilən və 1:1 hesabı ilə başa çatan "Benfika" - "Riu Ave" matçında hakimlərin idarəçiliyindən narazı qalıb. O, bu fikirlərini həm müsahibədə, həm də mətbuat konfransında səsləndirib.

Mourinyonun açıqlamaları Portuqaliya Peşəkar Hakimlər Assosiasiyasını (APAF) hərəkətə gətirib və qurum məsələni Portuqaliya Futbol Federasiyasının (FPF) İntizam Şurasına göndərib. Əgər baş məşqçinin günahı sübuta yetirilsə, onu cərimə və ya bir oyunluq diskvalifikasiya gözləyir.

Qeyd edək ki, "Biz qol vurduq, lakin o ləğv olundu. Çünki futbolçulardan biri digərinin ayağının üstünə basdı. Mənə belə futbol xoş deyil, amma qəbul etməliyik. Nəticədə oyunun əsas qəhrəmanı hakim yox, VAR-da qərar qəbul edən şəxs oldu. Baş hakimin isə müstəqil qərar vermək üçün heç bir iradəsi yox idi", - deyə Mourinyo narazılığını bildirmişdi.

Seçilən
8
3
publika.az

4Mənbələr