AZ

Bloomberg: Almaniya kosmosda Rusiyaya qarşı "hücum imkanları" yaradır...

Müdafiə naziri Pistoriyus: Gələcəyin münaqişələri təkcə Yer üzündə deyil, kosmosda da aparılacaq...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistoriyus ölkəsinin 2030-cu ilə qədər kosmik layihələrə 35 milyard avro (təxminən 41 milyard dollar) sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb. Nazir bildirib ki, bu vəsait hərbi kosmik sistemlərin nasazlıqlar və mümkün hücumlardan qorunmasına yönəldiləcək.

Pistoriyusun sözlərinə görə, müasir dövrdə peyk şəbəkələri dövlətlərin “Axilles dabanı”na çevrilib və onlara ediləcək hər hansı hücum bütöv ölkələrin fəaliyyətini iflic edə bilər:
“Biz anlayırıq ki, gələcəyin münaqişələri yalnız Yer üzündə məhdudlaşmayacaq, açıq şəkildə kosmosda da aparılacaq”.

Nazir əlavə edib ki, son illərdə Rusiya və Çin kosmosda müharibə imkanlarını xeyli genişləndiriblər. Onların peykləri karusel siqnallarını boğa, optik sistemləri kor edə, məlumatları manipulyasiya edə və ya hətta fiziki cəhətdən digər peykləri məhv edə bilirlər.

Pistoriyus nümunə kimi Almaniya Silahlı Qüvvələrinin istifadəsində olan iki IntelSat peykini göstərib. Onun sözlərinə görə, bu peykləri Rusiya kəşfiyyat peykləri yaxından izləyir və bu fəaliyyətin dinc xarakter daşıdığına şübhə var.
“Bu, real təhlükələrə nə qədər yaxın olduğumuzu açıq şəkildə göstərir”, — deyə o, xəbərdarlıq edib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr