AZ

Volterin mumiyalanmış ürəyi 250 illik SİRR AÇILDI

Lent az saytına istinadən ain.az xəbər verir.

Müasir elmi texnologiyalar fransız filosofu Volterin ölüm səbəbi ilə bağlı qədim suala aydınlıq gətirib. Mütəfəkkirin mumiyalanmış ürəyinin araşdırılması onun sidik kisəsi xərçəngindən vəfat etdiyini təsdiqləyib.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri "Research Gate" elmi nəşrində dərc olunub.

Mumiyalanmış ürək – sirrin açarı

Volter 1778-ci ildə, 83 yaşında vəfat edib. Baxmayaraq ki, onun yarılma hesabatı mövcud idi, dəqiq ölüm səbəbi uzun müddət mübahisəli olaraq qalırdı. Onun ürəyi mumiyalanmış və relikviya kimi qorunmuşdu.

Bu orqan və digər qorunub saxlanılmış bioloji nümunələr yeni paleoproteom tədqiqatının obyekti olub. Alimlər müasir analiz metodlarından istifadə edərək qan və toxuma qalıqlarını araşdırıblar. Analizin nəticələri qədim qeydlərə işıq salıb və filosofun xərçəngdən əziyyət çəkdiyini təsdiqləyib.

Volterin ölümündən dərhal sonra onun ürəyi çıxarılıb və mumiyalanıb. Bu işi filosofun dostu və himayədarı olmuş Markiz de La Villette görüb. O, ürəyi üzərinə “Onun ürəyi buradadır, amma ruhu hər yerdədir” yazılmış bir qutunun içinə yerləşdirib.

Daha sonra ürək müvəqqəti olaraq Volterin irsən malik olduğu Ferney malikanəsinə aparılıb. Markiz bu malikanəni varislərdən satın alıb və ürəyi filosofun abidəsinin qarşısında məxmər yastığın üzərinə qoyub.

Sonradan, maliyyə çətinlikləri səbəbilə markiz malikanəni satıb və ürək onun şəxsi mülkiyyəti olan “Château de Villette” malikanəsinə köçürülüb. 1864-cü ildə Markizin oğlunun ölümündən sonra mumiyalanmış ürək Fransa dövlətinə təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
lent.az

2Mənbələr