ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Gürcüstan ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsünü alqışlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz bölgəsində dayanıqlı və uzunmüddətli sülhü hər zaman dəstəkləyib və onun bərqərar olması üçün fəal işləyib.
“Əsrlər boyu ölkəmiz sivilizasiyaların kəsişdiyi və müxtəlif mədəniyyətlər arasında dialoq üçün məkan olub. Bu gün Gürcüstan tarixi funksiyasını özünə qaytarır”, – Mixeil Kavelaşvili söyləyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.