AZ

Milli Məclisin deputatı Ağalar Vəliyev Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə Xaçmaz rayonunda ehsan mərasimi təşkil edib və şəhid ailələrinə maliyyə dəstəyi göstərib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə anım tədbirləri və ehsan mərasimi təşkil olunub.

İlk öncə millət vəkili Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayevlə  birgə 2016-cı ilin aprel döyüşlərinin 2, 2020-ci ilin Vətən müharibəsinin 21 və 2023-cü ilin antiterror əməliyyatının 5 şəhidinin ailə üzvləri ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə qəhraman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb, şəhid ailələrinin sosial problemləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb və deputat tərəfindən şəhidlərin ildönümü mərasimlərinin keçirilməsi üçün 28 şəhid ailəsinə maliyyə vəsaiti təqdim edilib.  

Görüşdən sonra Ağalar Vəliyevin maliyyə dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Ehsan mərasimində şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb və onların ruhlarına dualar oxunub.

Mərasimdə xüsusi ilə vurğulanıb ki, bu gün Azərbaycan möhtərəm  Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışımızdan  irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.

Qeyd olunub ki, Xaçmaz rayonu da daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının  hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb.

Bildirilib ki, ölkə rəhbərliyinin bu sahədəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı seçki dairəsi üzrə Xaçmaz rayonundan olan şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına həssaslıqla yanaşır, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəmir.

Belə ki, ötən müddət ərzində Milli Məclisin üzvü tərəfindən 111 şəhid və 119 qazi ailəsinin sosial problemlərinin həllinə maliyyə dəstəyi göstərilib. Şəhid ailələri, qazilər və müharibə veteranları daxil olmaqla Yeni İl, Novruz, Ramazan və Qurban bayramlarında 1025 aztəminatlı ailəyə ümumilikdə 4100 ədəd ərzaq bağlaması çatdırılıb.

Eyni zamanda şəhid və qazi ailələri nəzərə alınmaqla son iki il ərzində 124 nəfər Şuşa-Xankəndi-Laçın turuna, cari ildə isə 5 nəfər Həcc ziyarətinə göndərilib. Həmçinin, bu il orta məktəblərdə təhsil alan 20 şəhid və qazi övladına və tələbə adı qazanan 2 şəhid övladına maliyyə dəstəyi göstərilib.

Anım tədbirlərinin iştirakçıları  şəhid ailələrinə, qazilərə  və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
9
yeniazerbaycan.com

10Mənbələr