AZ

 “İnter” fransalı qapıçı uğrunda mübarizədə liderdir

 İngiltərə “Lids”ində qapıçı Illan Meleni karyerasını “İnter”də davam etdirə bilər.

90deqiqe.Az-ın "TeamTalk"a istinadən məlumatına görə, "nerradzura" fransız qolkiperin xidmətində maraqlıdır. İtaliya təmsilçisi oyunçunun transferi uğrunda yarışda ön sıralardadır.

 “Lids” qışda Meleni transfer etmək istəyən klubdan yüksək məbləğ tələb etməyəcək.

Oyunçunun yayda bitəcək müqaviləsi ilə bağlı keçid xəbərləri artıq mediada yayılıb. Bu müddət ərzində məlum olub ki, “Loriyan”, “Valensiya”, “Reyncers” və digər klublar Meleni almaq üçün maraqlıdır.

Qeyd edək ki, Melenin Şotlandiya klubuna keçidi prioritet deyil, “Valensiya” isə oyunçunu yayda azad agent kimi almağı üstün tutur.Qapıçının transfer qiyməti 16 milyon avro qiymətləndirilir.

Seçilən
97
90deqiqe.az

1Mənbələr