AZ

“Liverpul” Jotanın ailəsinə müqavilənin bütün məbləğini ödəyib”

style='margin-bottom:10px;'>

“Liverpul”un baş məşqçisi Arne Slot vəfat edən hücumçu Dioqo Jotanın ailəsinə klub tərəfindən müqavilənin tam məbləğinin ödənildiyini təsdiqləyib.

QOL.az TNT Sports-a istinadən xəbər verir ki, o deyib:

“Azarkeşlərin reaksiyası ilə qürur duyduğumu demişdim, amma klubun sahibləri barədə də söz demək istəyirəm... Adətən, sahiblər də, məşqçilər də çox tənqid olunur. Amma bu dəfə onların davranışı – Jotanın həyat yoldaşı və övladlarına müqavilədə nəzərdə tutulan bütün məbləği ödəməsi – alqışa layiqdir. Bəlkə də kiməsə bu, adi hal kimi görünür, amma futbol dünyasında belə olmur”.

Qeyd edək ki, Jotanın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Portuqaliyalı forvard 2020-ci ildən mersisaydlıların heyətində çıxış edirdi. O, iyulun 3-də avtomobil qəzasında həlak olub. 

Seçilən
27
2
teleqraf.com

3Mənbələr