AZ

Modi Putinin Hindistana səfərini gözlədiyini təsdiqlədi

Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinin 23-cü Hindistan–Rusiya illik sammitində iştirak etmək üçün Nyu-Dehliyə səfərini gözlədiyini təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Modi Nyu-Dehlidə keçirilən World Food India sərgisi çərçivəsində Rusiya baş nazirinin müavini Dmitri Patruşevlə görüşüb. Görüş zamanı Hindistan hökumət başçısı Putinə səmimi salamlarını çatdırıb və onun ölkəyə yaxın vaxtlarda edəcəyi səfəri səbirsizliklə gözlədiyini bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr