AZ

“Real” müdafiəçi axtarışını davam etdirir

“Real” mərkəz müdafiəçisi axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, Madrid nəhəngi uzun müddət klubun əsas hədəfi sayılan Vilyam Salibanın “Arsenal”la müqaviləsini uzatmağa qərar verdiyi üçün bu variantdan imtina edib.

Saliba ilə razılığa gələ bilməyən “Real” rəhbərliyi diqqəti tam olaraq “Liverpul”un müdafiəçisi İbrahim Konate üzərinə yönəldib.

26 yaşlı futbolçu əvvəl də klubun qısa siyahısında yer almışdı, lakin indi “kral klubu” fransızın transferini daha ciddi şəkildə nəzərdən keçirir. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə əlaqədə saxlayıb.

Məlumata görə, “Real” həmçinin “Leypsiq”dən Kastello Lyukebanı da alternativ namizəd kimi qiymətləndirir.

Qeyd edək ki, Konatenin “Liverpul”la hazırkı müqaviləsi gələn ilin yayına qədərdir.

Seçilən
26
20
90deqiqe.az

10Mənbələr