AZ

Tovuzda yanğın hadisəsi baş verib

Tovuz, 26 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz rayonunun Abulbəyli kəndində yanğın qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, kənd sakini M. Məmmədovaya məxsus 185 m² sahəsi olan evdə yanğın baş verib.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı 185 m² olan evin 125 m² hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb.

Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
11
azertag.az

10Mənbələr