“Arsenal”ın yetirməsi Billi Vigar 21 yaşında vəfat edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyunçu şənbə günü keçirilən “Çiçester Siti” – “Uinqeyt və Finçli” matçında baş zədəsi almışdı.
“Billi Vigarın ölüm xəbərindən dərin kədərləndik. Biz onun ailəsinə, dostlarına, yaxınlarına və ‘Çiçester Siti’ futbol klubunun bütün əməkdaşlarına səmimi başsağlığı veririk”, – məlumatda qeyd olunub.
İstmiya Premyer Divizionunun görüşü 15-ci dəqiqədə dayandırılıb. Vigar yıxıldıqdan sonra başını yerə vurmuş, ilk yardım göstərildikdən sonra helikopterlə xəstəxanaya çatdırılmış və komaya düşmüşdü. Oyun ləğv edilib.
Qeyd edək ki, Vigar “Arsenal”ın gənclər komandalarında çıxış edib – U18 komandası üçün 22, U21 komandası üçün isə 5 oyun keçirib.