AZ

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilsinlər:

Məmmədzadə Kənan Kamil oğlu - polkovnik-leytenant

Sanıyev Xalid Bəhmən oğlu - polkovnik-leytenant

Şahmaliyev Vaqif Şaiq oğlu - polkovnik-leytenant

Ağayev Vüsal Mirzağa oğlu - kapitan

Mövlamov Füzuli Saleh oğlu - kapitan

Musayev Mirvahid Mirələm oğlu - kapitan

Şaliyev Şahin Eldar oğlu - kapitan

Əliyeva Məsumə Teymur qızı - baş leytenant.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2025-ci il

Seçilən
52
1
azerbaijan-news.az

10Mənbələr