Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilsinlər:
Məmmədzadə Kənan Kamil oğlu - polkovnik-leytenant
Sanıyev Xalid Bəhmən oğlu - polkovnik-leytenant
Şahmaliyev Vaqif Şaiq oğlu - polkovnik-leytenant
Ağayev Vüsal Mirzağa oğlu - kapitan
Mövlamov Füzuli Saleh oğlu - kapitan
Musayev Mirvahid Mirələm oğlu - kapitan
Şaliyev Şahin Eldar oğlu - kapitan
Əliyeva Məsumə Teymur qızı - baş leytenant.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 sentyabr 2025-ci il