Müğənni Lətifə Soyuöz yenidən bahalı alış-verişi ilə diqqət çəkib.
Ölkə.az xəbər verir ki, o bu dəfə "Chopard" brendinə məxsus olan boyunbağı alıb.
Bu barədə görüntünü yayıb.
Sənətçi ürək formalı 18 əyyarlı zinət əşyasına 11 300 dollar (təxminən 19 min manat) pul sayıb.