AZ

FTB-nin sabiq direktoru beş ilə qədər azadlıqdan məhrum edilə bilər

Konqresə yalan danışmaqda ittiham olunan ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Kominin cinayəti təsdiqlənərsə, o 5 il müddətinə azadlıqdan məhrum oluna bilər.

APA xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə bu, Kominin 2020-ci ilin sentyabrında verdiyi ifadələrə aiddir.

Kanal həmin görüşün səsyazmasını yayımlayıb və burada Komi tabeliyində olanlara jurnalistlərə heç bir məlumat ötürməməyi tapşırmadığını deyib.

Seçilən
41
3
apa.az

4Mənbələr