AZ

Rusiyalı deputatın meşədə meyiti tapıldı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada hakim Vahid Rusiya partiyasının üzvü, Krasnodar diyarının Tixoretski rayon şurasının deputatı Vitali Kapustinin meşəlik ərazidə meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a regional hüquq-mühafizə orqanlarından məlumat verilib.

43 yaşlı Vitali Kapustin “Vahid Rusiya” partiyasının üzvü, Tixoretski Rayon Şurasının deputatı olub. O, Şurada kənd təsərrüfatı və torpaq idarəçiliyi, kommunal xidmətlər, nəqliyyat, rabitə və ictimai abadlıq komitəsinin sədri olub. Deputat eyni zamanda “Kubanspetsstroy” MMC-nin direktoru vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
5
axar.az

6Mənbələr