AZ

Azərbaycan və Bəhreyn bu şəxslər üçün vizanı ləğv etdi

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Bəhreyn diplomatik pasport sahibləri üçün viza tələbini ləğv edir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Qeyd edilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyndən olan həmkarı Əbdüllətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, nazirlər Azərbaycan və Bəhreyn arasında regional və beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasporta malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş"i imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
15
axar.az

10Mənbələr