ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Türkiyə ABŞ ilə 200-dən çox “Boeing” sərnişin təyyarəsinin alınması üçün milyardlarla dollarlıq müqavilə imzalayıb.
APA xəbər verir ki, bu haqda ABŞ-ın Ankaradakı səfiri Tom Barak açıqlama verib.
Tom Barak razılaşmanın tamamlandığını və çatdırılma prosesinin başladığını deyib.
O həmçinin F-35-lərin Türkiyəyə tədarükü məsələsinin də ilin sonuna kimi həll oluna biləcəyini deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.