AZ

Putin və Paşinyan Moskvada görüşüb

Rusiya prezidenti Vladimir Putin beynəlxalq atom energetikası forumundan sonra Kremlin birinci korpusunda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə  Kremlin mətbuat xidməti bildirib.

Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, beynəlxalq məsələlər üzrə köməkçi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, “RJD” rəhbəri Oleq Belozerov və “Rosatom”un baş direktoru Aleksey Lixaçev iştirak ediblər.

Ermənistan tərəfdən baş nazirin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, xarici işlər nazirinin müavini Mnaçakan Safaryan, Ermənistan Atom Elektrik Stansiyasının direktoru Eduard Martirosyan və baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan qatılıb.

Putin və Paşinyanın son görüşü avqustun 31-də Çinin Tyanjin şəhərində olmuşdu.

N.Təbrizli

Seçilən
2
7
anews.az

8Mənbələr