Yazını böyüt
Yazını kiçilt
Tovuz rayonunun Abulbəyli kəndində yanğın qeydə alınıb.
Hafta.az xəbər verir ki, kənd sakini M.Məmmədovaya məxsus 185 m² sahəsi olan evdə yanğın baş verib. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı 185 m² olan evin 125 m² hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb.
Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.