AZ

ABŞ oktyabrdan əczaçılıq məhsullarına 100% tarif tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp oktyabrın 1-dən bütün markalı və patentləşdirilmiş əczaçılıq məhsullarına 100% tarif tətbiq olunacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, məlumatı Tramp “Truth Social” platformasında paylaşıb.

Prezident bildirib ki, ABŞ-də artıq fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar nəzərdə tutulacaq.

Bu addım Vaşinqton tərəfindən yerli istehsalın təşviqi və əczaçılıq sənayesində müstəqilliyin artırılması məqsədilə atılır.

Seçilən
15
1
ikisahil.az

2Mənbələr