AZ

ABŞ-də generalların təcili toplantısı müzakirə doğurdu -Trampdan rəy

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Pentaqon rəhbəri Pit Hegsetin generallar və admiral­larla görüş keçirməsi onun üçün adi haldır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

“Bunda pis nə var ki? Siz elə danışırsınız ki, guya bu, yaxşı deyil. Əksinə, dünyanın müxtəlif yerlərindən insanların bura gəlib görüşməsi əladır”, - deyə Tramp söyləyib.

Məlumata görə, Hegset 30 sentyabrda Virciniya ştatının Quantiko şəhərində yerləşən Dəniz Piyadaları Bazasına yüzlərlə general və admiralı təcili toplantıya çağırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr