AZ

Səkkiz ayda meyvə-tərəvəz idxalında 1,35% artım olub

2025-ci ilin ilk səkkiz ayında Azərbaycana meyvə və tərəvəz idxalı ton miqdarı baxımından 1,35% artaraq 257,074 tona çatıb. Bu barədə Dövlət Gömrük Komitəsinin səkkiz aylıq hesabatında qeyd olunub. 

Bu məhsulların ümumi dəyəri 202,78 milyon ABŞ dolları olub ki, bu da idxalın həm fiziki, həm də qiymət baxımından artdığını göstərir.

2024-cü ilin eyni dövründə idxal 242,675 ton təşkil etmiş və bu məhsulların dəyəri 182,23 milyon dollar səviyyəsində olmuşdu. Həmin dövr üçün fiziki artım 1,43% idi.

Analitiklərə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının yerli istehsalında mövsümi dalğalanmalar və iqlim dəyişikliyinin təsiri səbəbilə idxala ehtiyac artır. 

Əsas idxal ölkələri Rusiya, İran və Türkiyə olaraq qalır. Lakin son dövrlərdə Mərkəzi Asiya ölkələrindən də idxalda artım müşahidə olunur.

Gülnar Nazimqızı 

Seçilən
13
anews.az

1Mənbələr