AZ

Robert Sekuta: ABŞ-Azərbaycan münasibətlərindəki irəliləyişlər üzərində işləməyə davam etməliyik  

İlk növbədə Prezident İlham Əliyevin BMT-yə gəlməsi, burada Azərbaycanın səsini eşitmək çox xoşdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib. Diplomat bildirib ki, ölkənin mesajını prezident qədər çatdıra biləcək ikinci şəxs yoxdur.

“Prezidentin Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd etməsi çox xoşdur. Burada, Nyu-Yorkda aparılan müzakirələrin əksəriyyəti çox gərgin mövzular ətrafındadır. Ancaq bu məsələ əldə olunmuş irəliləyişlərdən biridir. 8 avqust görüşündə irəliləyiş əldə etmək və bu məsələdə davam etməkdə Birləşmiş Ştatlar, Prezident Tramp mühüm rol oynadı və bu rol davam edir. Lakin bir araya gələrək sülhü mümkün edən Azərbaycan və Ermənistandır. Düşünürəm ki, bu, həqiqətən müsbət bir inkişafdır və qeyd edilməlidir”, - deyə Robert Sekuta əlavə edib.

Diplomat ABŞ-Azərbaycan münasibətlərində də son müsbət prosesləri qeyd edib. “ABŞ-la münasibətlərə gəlincə, bizdə həqiqətən müsbət irəliləyişlər var. Biz bunun üzərində işləməyə davam etməliyik. Mən bilirəm ki, Prezident İlham Əliyev 907-ci düzəlişin ləğvi məsələsini BMT-də qaldırdı. Bu, Amerika qanunlarının dəyişdirilməsini tələb edəcək və asan olmayacaq. Ancaq mən səfir olanda istifadə etdiyimiz və Prezident Trampın avqustun 8-də tətbiq etdiyi güzəşt müddəası var. Ona görə də hesab edirəm ki, bütün bunlar müsbət irəliləyişlərdir. Daha çox iş görmək lazımdır. Bunun üzərində işləməyə davam etməliyik. Çox sayda mənfi xəbərin olduğu vaxtda bunları görmək xoşdur”,- deyə keçmiş səfir vurğulayıb.

Seçilən
13
3
azerbaijan-news.az

4Mənbələr