AZ

Rumıniya prezidenti seçki sirrini açmır - ÖZƏL

Rumıniya prezidenti Nikuşor Dan 2024-cü ilin sonunda keçirilən prezident seçkilərinin ləğvi ilə bağlı məlumatların hələlik açıqlanmayacağını bildirib. Olaylar.az xəbər verir ki, o, bu qərarın "lazımi zamanda" həyata keçiriləcəyini vurğulayıb. "Düzgün vaxt gələndə məlumat açıqlanacaq. Hazırda biz baş verənlərin yalnız 30 faizini bilirik. Hələ dərc olunmamış məlumatlar var. Amma bu, 5-10 il sonra deyil, bir neçə ay ərzində baş verəcək", - deyə dövlət başçısı "Digi24" telekanalına müsahibəsində qeyd edib.
Xatırladaq ki, seçkiqabağı kampaniya zamanı Dan noyabrda keçirilən prezident seçkilərinə müdaxiləyə dair sübutları əks etdirən hesabatı ictimaiyyətə təqdim edəcəyinə söz vermişdi. Lakin sənəd bu günə qədər məxfi saxlanılır. Rumıniyada 2024 və 2025-ci illərdə keçirilən prezident seçkiləri qalmaqallarla müşayiət olunub. İlk turda müxalifət namizədi Kelin Corcesku  elan olunsa da, Konstitusiya Məhkəməsi nəticələri ləğv edib və siyasətçi seçki yarışından kənarlaşdırılıb. Təkrar seçkilərin ikinci turunda, 2025-ci ilin mayında, paytaxt Buxarestin meri Nikuşor Dan qalib gəlib. Lakin onun rəqibi - "Rumınların birliyi uğrunda alyans" partiyasının lideri Corce Simion nəticələri Konstitusiya Məhkəməsində mübahisələndirib və səsvermənin saxtalaşdırıldığını iddia edib. Onun qərargahı hətta Moldovanın seçicilərin kütləvi daşınmasını təşkil etdiyini irəli sürsə də, məhkəmə bu iddianı əsassız hesab edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr