AZ

Bu ərazilərdə qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək “Mikrorayon” ölçü qovşağından və “Duvannı” QPS-dən qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB-yi məlumat yayıb. 

Bildirilib ki, buna səbəb “Alatava” QPS-dən qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləridir. 

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən “Main” MTK-nın qaz təchizatında fasilə yaranacaq.

Seçilən
6
39
anews.az

10Mənbələr