AZ

Serbiya Prezidenti: Azərbaycan və Prezident Əliyev strateji tərəfdaşımızdır

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanı və Prezident İlham Əliyevi ölkəsinin “strateji tərəfdaşı” və “əsl dostu” adlandırıb. Bu barədə o, AZƏRTAC-a açıqlamasında bildirib.

“Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımızdır. O, hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil”, – Vuçiç deyib.

O, Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyini vurğulayıb.

Vuçiçin sözlərinə görə, Serbiyanın parlament sədri bu yaxınlarda Bakıya səfər edib və tərəflər kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq daxil olmaqla, bir sıra sahələr üzrə əlaqələri inkişaf etdirirlər.

Azərbaycanla Serbiya arasında bir sıra istiqamətlər üzrə tərəfdaş münasibətlər var. 

Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb. Azərbaycan SOCAR ilə Serbiyanın “Srbijagas” şirkəti arasında qaz tədarükü və əməkdaşlıq memorandumu bağlanıb. 

Serbiya Azərbaycandan qaz idxalını artırmağı planlaşdırır — konkret olaraq ilk mərhələdə ildə təxminən 400 milyon kub metr qaz tədarükü nəzərdə tutulur.

Gülnar 

 

Seçilən
14
anews.az

1Mənbələr