AZ

“Prius” ağır qəzaya səbəb oldu Anbaan video KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

20 sentyabr 2025-ci il tarixdə saat 23:00 radələrində Hacıqabul–Horadiz yolunun Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“İlkin araşdırma zamanı müəyyən edilib ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü 2.4 “Yol ver” nişanının tələbini pozaraq köməkçi yoldan əsas yola anidən daxil olmuş və bu zaman hərəkətdə olan “Mersedes” markalı yük avtomobili ilə toqquşub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, sürücülər yolda hərəkət intensivliyinin yüksək olub-olmamasından və günün istənilən saatından asılı olmayaraq, yol nişanlarının tələblərinə mütləq riayət etməli, köməkçi yoldan əsas yola daxil olarkən isə yalnız hərəkətin tam təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdırlar.

Unutmayaq ki, bu qaydaların pozulması qəfil toqquşmalara və bir çox hallarda ağır nəticələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, yol nişanlarının tələblərinə əməl etmək və sükan arxasında məsuliyyətli davranmaq yollarda təhlükəsizliyin əsas təminatıdır”, – məlumatda qeyd olunub.

IMG_9145

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
21
konkret.az

10Mənbələr