Vətən müharibəsi qazisi Rəşad Qocayev vəfat edib.
News24.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.
Məlumata görə, o, yaşadığı Qazax rayonunda dünyasını dəyişib. Qeyd edək ki, R.Qocayev müharibədən sonra bir neçə medalla təltif edilmişdi.
