AZ

Azərbaycanda neçə uşaq xarici vətəndaşa övladlığa verilib? RƏSMİ CAVAB

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Övladlığa verilmə prosesi cəmiyyətin ən həssas mövzularından biridir. Bu, yalnız bir ailənin övlad həsrətinə son qoymaqla kifayətlənmir, həm də valideyn himayəsindən məhrum olmuş uşaqların həyatında tamamilə yeni bir səhifə açır.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da övladlığa götürmə institutunun əsas məqsədi uşaqların ailə mühitində böyüməsini təmin etmək, onların sağlam inkişafına, təhsilə və psixoloji sabitliyə sahib olmalarına şərait yaratmaqdır.

Bəs cari ildə Azərbaycanda neçə uşaq övladlığa verilib? Bunlar arasında neçə xarici vətəndaş var?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə 103, 2019-cu ilin 1 noyabr tarixindən bugünədək isə 772 uşaq övladlığa verilib onlardan, 381-i qız, 391-i oğlan uşağıdır:

"Son illərdə Azərbaycanda övladlığa uşaq götürmək üçün müraciət edən xarici vətəndaşlar da var. Müraciətlərin 4 üzrə yekun məhkəmə qətnaməsi çıxarılaraq uşağın övladlığa verilməsi təmin edilib".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
baku.ws

4Mənbələr