Bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl "RİA Novosti" xəbər agentliyinəmüsahibəsindəməlumat verib. Diplomat müvafiq suala cavabında söyləyib ki, ölkəsi tamhüquqlu üzv seçilənədək təşkilata qonaq qismində qoşulmaq niyyətindədir. Onun sözlərinə görə, BRİKS müraciətə hələ ki cavab verməyib.
Məlumat üçün bildirək ki, BRİKS təşkilatı 2009-cu ildə Rusiya, Çin, Hindistan və Braziliyanın iştirakı ilə qurulub. 2011-ci ildə Cənubi Afrika Respublikası, 2024-cü ildən Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İran, cari ilin yanvarında isə İndoneziya təşkilata qoşulublar. Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam isə birliyin tərəfdaşlarıdırlar.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta